“Bu, ədalətsizlikdir”

“Atletiko”nun futbolçusu Tomas Partey komanda yoldaşı Dieqo Kostanın 8 oyunluq cəzalandırılmasına münasibət bildirib.

Komanda.az xəbər verir ki, İspaniyanın “Marca” nəşrinə danışan Partey, Kostaya verilən cəzanın çox sərt olduğunu deyib:

“Düşünürəm ki, 8 oyunluq cəza çoxdur. Bu, ədalətsizlikdir. Ümid edirəm ki, Kostanın cəzası azaldılacaq. Kosta düzgün etmədi, ancaq 8 oyunluq cəza da çox sərtdir”.

İspaniya Futbol Federasiyasının İntizam Komitəsi “Barselona” ilə oyunda hakimin anasını təhqir etdiyi üçün “Atletiko”nun hücumçusu Dieqo Kostaya 8 oyunluq cəza verib.

“Barselona” – “Atletiko” matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button