Koşta “Atletiko”dan ayrılır?
“Atletiko”nun futbolçusu Dieqo Koşta gələcək karyerası ilə bağlı qərarını verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu Madrid klubundan ayrılmağa qərar verib. Futbolçu cari mövsümün sonunda başa çatacaq müqaviləni yeniləməyi düşünmür. O, qış transfer pəncərəsi dövründə istədiyi klubla danışıqlar apara və yayda azad agent olaraq “Atletiko”dan ayrıla bilər.
Dieqo 2018-ci ilin yanvarından “Atletiko”nun formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin