Avroliqa matçı üçün icarəyə futbolçular götürdülər – 1 günlük
Kosovonun “Priştina” klubu Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Linkoln”la (Cəbəllütariq) qarşılaşacağı oyun üçün icarəyə futbolçular götürüb.
Komanda.az xəbər verir ki, bundan əvvəl “Priştina”da 8 futbolçunun koronavirus testi müsbət çıxmış və “Linkoln”la avqustun 18-da keçirilməli olan oyun təxirə salınmışdı. UEFA qarşılaşmanın avqustun 22-də keçirilməsinə qərar verib.
“Priştina” “Linkoln”la matç üçün bir oyunluq Kosovanın digər klublarından futbolçular və məşqçilər icarəyə götürüb. Bu barədə danışan klubun idman direktoru Qrabit Beqolli yerli mətbuata açıqlamasında, “Feronikeli”, “Llapi”, “Trepça 89”, “Flamurtari”, “Balkani”, “Drenşça” və “Vuştrriya” klublarına təşəkkür edib:
“Təkcə koronavirus testi müsbət çıxan 8 futbolçumuzu deyil, məşqçilər də daxil olmaqla bütün heyəti dəyişmişik. Yəni avqustun 18-də “Priştina”nın açıqlanan 40 nəfərlik heyətindən heç kim olmayacaq”.
Avqustun 22-də, “Linkoln”la matç üçün icarəyə götürülən futbolçular daha əvvəl “Priştina”da forma geyiniblər.
Bizi Facebook-da izləyin