“A Seriyasının itkisi 600 milyon avro olacaq”
İtaliya A Seriyasının prezidenti Paolo Dal Pino çempionatla bağlı açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, çempionatın rəhbəri koronavirusun vurduğu zərər barədə danışıb:
“Çempionatın yenidən başlaması böyük uğur idi. İndi də vəziyyət çox ciddidir. Fevraldan dekabra qədər A Seriyasının itkisi 600 milyon avro olacaq. Bu məbləğin 400 milyonu biletlərdən, 200 milyonu isə sponsorlardan gəlir. Koronavirusun yaratdığı vəziyyət A Seriyasının iş modulunu dəyişmək üçün fürsət ola bilər”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin