Koronavirusla bağlı zarafata görə 1 oyunluq cəza aldı
İngiltərə Futbol Assosiasiyası “Tottenhem”in yarımmüdafiəçisi Dele Allini bir oyunluq cəzalandırıb.
Komanda.az xəbər verir ki, buna 24 yaşlı futbolçunun koronavirusla bağlı zarafat videosunu sosial şəbəkədə yayımlaması səbəb olub.
İngiltərə millisinin üzvü həmçinin 50 min funt sterlinq məbləğində cərimələnib. Alli bu səbəbdən mövsümün bərpasından sonra iyunun 19-da “Mançester Yunayted”lə ilk oyunu buraxacaq.
Qeyd edək ki, martdan etibarən dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin