Koronavirusa yoluxdu, ÇL matçını buraxdı – “Çelsi”nin futbolçusu
“Çelsi”nin yarımmüdafiəçisi Kay Havertsdə koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Fransa “Renn”i ilə ev oyunundan öncə klubun bütün kollektivi koronavirus testindən keçib.
Koronavirus testi müsbət çıxan 21 yaşlı alman futbolçu dərhal karantinə alınıb. Bu üzdən o, “Renn”lə qarşılaşmada komandasına kömək edə bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin