Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürdü
Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı vəziyyəti Heydər Əliyev Fondu nəzarətə götürüb.
Komanda.az xəbər verir ki, Fond hazırda Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı bütün zəruri tədbirlərin görülməsi üçün dəstək göstərir.
Koma vəziyyətində olan Əşrəfoğlu hazırda ECMO aparatına qoşulub. Anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək, Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş edib. (Qafqazinfo)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin