Ronaldo karantin qaydalarını pozub – nazirdən açıqlama
Koronavirusa yoluxan Kriştiano Ronaldo karantin qaydalarını pozub.
Komanda.az xəbər verir ki, bu barədə İtaliyanın idman naziri Vinçentso Spadafora yerli mətbuata açıqlamasında deyib. Nazir, “Yuventus”da çıxış edən 35 yaşlı hücumçunun tibbi protokola əməl etmədiyini və karantin qaydalarını pozduğunu bildirib:
“Ronaldo tibbi protokola əməl etməyib. Bunu istintaq da sübut edir”.
Oktyabrın 13-də koronavirus testi müsbət çıxan Ronaldo ertəsi gün Turinə qayıtmaq və karantini orada keçirmək qərarına gəlib. Buna səbəb Portuqaliyadan fərqli olaraq, İtaliyada karantinin 14 gün deyil, 10 gün olmasıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin