Koronavirusa yoluxan futbolçuların adları açıqlandı – “Səbail” və “Sumqayıt”da

Azərbaycan Premyer Liqasında çıxış edən futbolçulardan bəzisində koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu, 9-cu turun bu gün baş tutan “Səbail” – “Sumqayıt” görüşündən sonrakı mətbuat konfransında açıqlanıb.

Belə ki, qonaqların baş məşqçisi Ayxan Abbasov yarımmüdafiəçi Səbuhi Abdullazadənin COVİV-19 testinin pozitiv çıxdığını bildirib. Abbasovun rəqib komandadakı həmkarı Aftandil Hacıyev isə müdafiəçi Kamal Qurbanovda, habelə texniki heyətin bir üzvündə koronavirus aşkarlandığını bildirib: “Klubun həkimi Mahir Ələsgərovun testi pozitiv olub. İki həftəlik təcriddən sonra qayıdacağına inanırıq. Müdafiəçi Kamal Qurbanov da koronavirusa yoluxub”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button