Koronavirusa yoluxan futbolçu sağaldı
“Mançester Yunayted”in koronavirus pandemiyasına yoluxan sabiq futbolçusu Maruan Fellaini sağalıb.
Komanda.az xəbər verir ki, Çinin “Şandun Lunen” klubunun şərəfini qoruyan 31 yaşlı yarımmüdafiəçi xəstəxanadan evə buraxılıb. Futbolçunun tamamilə sağaldığı bildirilir. Fellaini məşqlərə başlamamışdan əvvəl daha 14 gün karantində qalmalıdır.
Fellaini Çin Super Liqasında koronavirusa yoluxan ilk futbolçu olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin