Koronavirusa qalib gəldi, məşqlərə başladı
“Mançester Yunayted”in koronavirusa qalib gələn sabiq futbolçusu Maruan Fellaini məşqlərə başlayıb.
Komanda.az xəbər verir ki, Çinin “Şandun Lunen” klubunun şərəfini qoruyan Fellaini bununla bağlı sosial şəbəkə hesabından paylaşım edib:
“Karantin dövrünü tamamlayıb, xəstəxanadan ayrıldığım üçün xoşbəxtəm. Mənimlə maraqlanan həkimlərə və dəstək olan klubuma minnətdaram. Komandama geri dönmək gözəldir”.
Fellaini Çində koronavirusa yoluxan ilk futbolçu olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin