Bundesliqanı gözləyən 770 milyonluq zərər

Koronavirusa görə təxirə salınan Almaniya Bundesliqasında mövsüm bərpa olunmazsa, klublara dəyəcək zərər açıqlanıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Bundesliqanın geridə qalan 9 turu keçirilməzsə, klublara ümumilikdə 770 milyon avro zərər dəyəcək. Bu zərər sponsorlar, yayım hüquqları və bilet satışlarından qaynaqlanacaq.

Bundesliqa rəhbərliyi bir müddət əvvəl çempionatın aprelin 2-nə qədər təxirə salınması ilə bağlı qərar qəbul edib. Hazırda çempionatın dayandırılması və ya qalan oyunların azarkeşsiz keçirilməsi ilə bağlı müzakirələr aparılır. Pandemiya səbəbiylə İtaliya A Seriyası, Fransa Liqa 1, İspaniya La Liqası rəhbərliyi də çempionatları qeyri-müəyyən müddətə dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button