İtaliya A Seriyası: Hər gün oyun olacaq

Koronavirusa görə dayandırılan İtaliya A Seriyası iyunun 20-dən bərpa olunacaq.

Komanda.az xəbər verir ki, çempionat başladıqdan sonra oyunlar hər gün keçiriləcək. Bu barədə “Corriere dello Sport” məlumat yayıb.

A Seriyasının avqustun 2-nə qədər tamamlanması planlaşdırılır və buna görə də, oyunlar hər gün keçiriləcək. Bununla yanaşı, oyunların keçirilmə vaxtı telekanalların və klubların maraqlarına uyğun olaraq müəyyənləşdiriləcək.

Görüşlər bazar ertəsi saat 22:00, çərşənbə axşamı, çərşənbə və cümə axşamları 20:00 və 22:00-da başlayacaq. Cümə günləri yalnız bir matç olacaq ki, o da saat 22:00-da start götürəcək. Şənbə və bazar günləri isə oyunların başlaması saat 18:15, 20:30 və 22:45-ə nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button