La Liqa nə vaxt başlayır?
Koronavirusa görə dayandırılan İspaniya La Liqasının bərpası üçün ilkin tarixlər məlum olub.
Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. La Liqanın iyunun 5, ya da 12-də yenidən başlaması nəzərdə tutulur.
İspaniyanın baş naziri Pedro Sançes, dünən verdiyi açıqlamada klubların mayın 4-dən məşqlərə başlaya biləcəyini deyib. Futbolçuların vəziyyətləri yaxşı olsa, La Liqanın bərpası iyunun əvvəlində gerçəkləşəcək.
İspaniyada yerli liqalar martın 12-dən koronavirus pandemiyasına görə dayandırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin