Koronavirus: Yeni mövsümün startı təxirə salındı
Futbol üzrə Cənubi Koreya çempionatında yeni mövsümün ilk turunun oyunları qeyri-müəyyən müddətə təxirə salınıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, çempionatın startının təxirə salınmasına səbəb ölkədə koronavirus xəstəliyinin yayılmasıdır. Yerli çempionatın startı fevralın 29-na nəzərdə tutulmuşdu.
Son günlərdə Cənubi Koreyada koronavirusa yoluxanların sayı kəskin artmaqdadır.
Cənubi Koreya çempionatının başlama vaxtı yaxın zamanda elan ediləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin