Koronavirus testi pozitiv çıxdı, intihar etdi
Fransanın “Reyms” klubunun həkimi Bernard Qonsales intihar edib.
Komanda.az xəbər verir ki, onun intihar etməsinə koronavirus pandemiyasına yoluxması səbəb göstərilir.
Belə ki, 60 yaşlı həkim Fransada da sürətlə yayılan virusa yoluxub. O, məhz koronavirus testinin nəticəsi müsbət çıxdıqdan sonra intihat etməyə qərar verib.
Artıq “Reyms” də rəsmi saytı vasitəsilə təcrübəli həkimin vəfat xəbərini paylaşıb. Qonsales 23 il idi məhz bu klubda fəaliyyət göstərirdi.
Fransa mətbuatının yaydığı xəbərə görə, Bernard Qonsales intihardan öncə bir məktub da yazıb. Lakin hələlik həmin məktubda yazılanlar ictimaiyyətə açıqlanmır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin