Bu ölkədə futbol fəaliyyətləri yenidən təxirə salındı
Koronavirus pandemiyasına görə dayandırılan Misir çempionatı yenidən təxirə salınıb.
Komanda.az xəbər verir ki, Misir Futbol Federasiyası koronavirusa görə futbol yarışlarını daha 15 gün ertələyib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Daha əvvəl aprelin sonuna kimi təxirə salınan futbol fəaliyyətlərinin mayın 15-nə qədər dayandırıldığı bildirilib.
Misirdə yerli çempionatlar martın 15-dən dayandırılıb. Bu ölkədə koronavirusa 3891 nəfər yoluxub. Koronavirusdan ölənlərin sayı isə 287-dir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin