Bu ölkədə stadionların qapıları azarkeşlərin üzünə açıla bilər
Koronavirus pandemiyasına görə dayandırılan İsveçrə Super Liqası iyunun 8-də bərpa olunacaq.
Komanda.az xəbər verir ki, çempionat matçları iyuldan azarkeşlərin iştirakıyla keçirilə bilər. Bu barədə yerli mətbuat məlumat yayıb. İsveçrə Səhiyyə Nazirliyinin nümayəndəsi Daniel Kox, bu yay futbol oyunlarının azarkeşlərin də iştirakıyla keçirilə biləcəyini deyib:
“İdman çox vacibdir. Buna görə də, açıq bir hədəfi izləyirik. Xalqın yaxın zamanda stadionlarda ola bilməsini istəyirik. Bəlli bir normaya düşmək üçün iyulu gözləyirik”.
Koronavirus pandemiyasına görə martdan dayandırılan İsveçrə Super Liqası iyunun 8-də başlayacaq və oyunlar azarkeşsiz keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin