“Everton” – “Liverpul” matçının stadionu dəyişdirilə bilər
Koronavirus pandemiyasına görə dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq.
Komanda.az xəbər verir ki, əvvəlcə təxirə salınmış oyunlar keçiriləcək, daha sonra isə Premyer Liqanın 30-cu turunun matçları.
30-cu turun mərkəzi görüşü olan “Everton” – “Liverpul” matçının keçirilmə yeri dəyişdirilə bilər. Bu barədə “The Athletic” portalı məlumat yayıb. Buna səbəb, matçdan əvvəl stadionun kənarında əzəli rəqiblərin azarkeşlərinin yarada biləcəyi böyük izdihamın qarşısını almaqdır. Mersisayd derbisi “Everton”un stadionu “Qudison Park”da keçirilməlidir.
“Everton” – “Liverpul” derbisinin azarkeşlərin izdihamının qarşısını almaq üçün başqa şəhərdə olan stadionlarda keçirilməsi müzakirə olunur. Matç “Sent-Meris Park”, “Uembli”, ya da “Kinq Paueur Stedium” stadionunda oynanıla bilər.
“Everton” – “Liverpul” görüşü iyunun 21-də keçiriləcək.
Bizi Facebook-da izləyin