4 milyard avroluq zərər
Koronavirus pandemiyası səbəbiylə dayandırılan Avropanın TOP-5 liqasına dəyən ziyan açıqlanıb.
Komanda.az xəbər verir ki, KPMG şirkəti İngiltərə, İtaliya, İspaniya, Almaniya və Fransa çempionatlarına dəyən ümumi maddi zərəri hesablayıb. Məlumata görə, sözügedən liqalar ümumilikdə 3,45 – 4 milyon avro zərər görüblər.
Ən çox zərərə İngiltərə Premyer Liqası məruz qalıb. Premyer Liqa 1,53 milyard avrodan məhrum olub. Bu məbləğin 800 milyon avrosu teleyayımdan nəzərdə tutulan gəlirlərdir.
İspaniya La Liqası teleyayımdan 600 milyon avro itirib. İtaliya A Seriyası 450 milyon, Almaniya Bundesliqası 400 milyon, Fransa Liqa 1 isə 200 milyon avro itkiylə üz-üzədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin