“Beşiktaş” almaniyalı müdafiəçi ilə maraqlanır

“Verona”nın müdafiəçisi Koray Günter karyerasını Türkiyədə davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Beşiktaş” 28 yaşlı futbolçu ilə maraqlanır.

Günter 2019-cu ildən “Verona”da çıxış edir. O, İtaliya klubunun heyətində 105 oyun keçirib, 2 qol vurub, 4 məhsuldar ötürmə edib. Almaniyalı müdafiəçinin “Verona” ilə müqaviləsi 2025-ci ilin iyununa kimidir.

“Beşiktaş” iki oyunun nəticəsinə görə “Neftçi”ni UEFA Konfrans Liqasında mübarizədən kənarlaşdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button