“Konyaspor” tək qolla vahid lider oldu
Türkiyə Super Liqasında 6-cı turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.
“Konyaspor” doğma meydanda “Hatayspor”u minimal hesabla üstələyib və vahid liderə çevrilib. “Fatih Karagümrük” – “Girəsunspor” matçında isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Türkiyə Super Liqası, 6-cı tur
9 sentyabr
Alanyaspor – Ankaragücü 2:1
Qol: Koka, 65. E.Bəkiroğlu, 87 – Y.Gureler, 69.
10 sentyabr
Konyaspor – Hatayspor 1:0
Qol: B.Paz, 66.
Fatih Karagümrük – Girəsunspor 1:1
Qol: Diaqne, 90+2 – Bayiç, 75.
11 sentyabr
18:00. Sivasspor – İstanbulspor
21:00. Qaziantep – Ümraniyəspor
21:00. Kasımpaşa – Qalatasaray
21:00. Kayserispor – Antalyaspor
12 sentyabr
20:00. Beşiktaş – Başakşəhər
22:30. Adana Dəmirspor – Trabzonspor
Bizi Facebook-da izləyin