“Konyaspor” Mahir Emrelini təqdim etdi – FOTO

Türkiyənin “Konyaspor” klubu bu qış fasiləsində heyətinə qatdığı dörd yeni futbolçu üçün təqdimat mərasimi keçirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Zaqreb “Dinamo”sundan (Xorvatiya) icarəyə götürdüyü azərbaycanlı futbolçu Mahir Emrelini də təqdim edib.

Mərasimində “Gənclərbirliyi”ndən transfer edilmiş Metehan Mert ilə 3.5 illik müqavilə imzalanıb. Mahir Emreli, həmçinin “İnter Mayami”dən icarəyə götürülmüş Alexandro Posuelo və “Trua”dan gələn Marlos Moreno isə yarım mövsümlük müqaviləyə imza atıblar.

İmza mərasimindən sonra futbolçular yeni formaları ilə kameralar önünə keçiblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button