“Çelsi” “Napoli”nin 15 milyon avroluq təklifini qəbul etməyib

Belçika millisinin və “Çelsi”nin hücumçusu Romelu Lukaku “Napoli”yə keçə bilər.

Komanda.az “La Repubblica”-ya istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi 31 yaşlı hücumçu üçün qarşı tərəfə 15 milyon avro təklif edib. Lakin bu məbləğ “Çelsi”ni qane etməyib.

Londonlular Lukakunun satışından təxminən 38 milyon avro qazanmaq istəyir. “Napoli”də belçikalı futbolçunun transferinin əsas təşəbbüskarı komandanın yeni baş məşqçisi Antonio Kontedir. O, Lukaku ilə “İnter”də çalışıb.

Lukaku ötən mövsüm “Roma”da icarə əsasında çıxış edib. O, 21 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button