Konteni özündən çıxaran sual

“Tottenhem”in baş məşqçisi Antonio Konte komandanın hücumçusu Harri Keynin gələcəyi ilə bağlı verilən suala əsəbiləşib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis ingilis forvardla bağlı suala cavab vermək istəməyib:

“Bu çətin suala niyə cavab verməliyəm? Siz bu sualla məni klub və azarkeşlər qarşısında çətin vəziyyətə salmağa çalışırsız. Niyə cavab verməliyəm?”

Keynin London klubu ilə müqaviləsi il yarımdan sonra başa çatır. O, bu mövsüm 20 oyun keçirib, 15 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Tottenhem” Premyer Liqada 5-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button