“Gənc oyunçu olsaydım, ərəblərə “yox” deyə bilərdim” – Ferdinand
“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand Səudiyyə Ərəbistanı klublarına kütləvi şəkildə futbolçu transferindən danışıb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Ferdinand bu transferləri futbolçuların karyera durumu ilə əlaqələndirib:
“Kontekst həqiqətən vacibdir. İlk kuboklarımı qazanmaq ərəfəsində olan gənc oyunçu olsaydım, ərəblərə “yox” deyə bilərdim. Mən ürəkdən inanıram ki, imtina edərdim, çünki Premyer Liqada və ya Avropada qalib olmaq arzusunda idim. Amma 27-28 yaşım olsaydı və bir-iki kubok qazansaydım… Bunu nəzərə alaraq və danışdığımız rəqəmləri nəzərə alaraq gedərdim. Mənim heç bir şübhəm yoxdur. Bunu yüz faiz, bütün qəlbimlə deyə bilərəm “.
Ferdinand 2015-ci ildə karyerasını bitirib. O, “Vest Hem”, “Bornmut”, “Lids”, “Mançester Yunayted” kimi klublarda çıxış edib.
Bizi Facebook-da izləyin