
Kontedən rəqiblərinə mesaj – “Qorxmasınlar…”
“Tottenhem”in baş məşqçisi Antonio Konte İngiltərə Premyer Liqasının növbəti mövsümü ilə bağlı gözləntilərini bölüşüb.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, komandasının gənc olduğunu deyib:
“Mənim məqsədim rəqabətədavamlı olmağa çalışmaqdır. İstəyirəm ki, “Tottenhem”lə matçlarda digər komandalar qorxmasınlar, bir az narahat olsunlar. Düşünürəm ki, bizim gənc komandamız, “Tottenhem”də üç-dörd il oynaya biləcək çoxlu futbolçularımız var. Biz möhkəm təməl qurmağa, addım-addım təkmilləşdirməyə və vacib bir şey üçün mübarizə aparmağa çalışırıq”.
Konte 2021-ci ilin noyabrından “Tottenhem”ə rəhbərlik edir. Komanda 2021/22 mövsümündə Premyer Liqanı 71 xalla, dördüncü pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin