Kontedən Rusiyanı müdafiə edən açıqlama
“Rusiya idmançılarının beynəlxalq yarışlardan uzaqlaşdırılması ədalətsizlikdir”.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu fikirləri İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Antonio Konte bildirib. İtaliyalı mütəxəssis, Rusiyanın Ukraynaya hücumunun futbola təsir etməsinin təəssüf hissi doğurduğunu deyib:
“Rusiya ilə Ukrayna arasında yaranmış vəziyyətin futbola və idman dünyasına təsir etməsi çox təəssüf doğurur. Rusiya idmançılarının yarışlardan kənarlaşdırıldığını görmək çox üzücüdür. Məncə, bu, ədalətsizlikdir”.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Facebook-da izləyin