Konteni hirsləndirən futbolçu – “Axmaq deyiləm, xal itirmək istəmirəm”
“Tottenhem”in baş məşqçisi Antoni Konte müdafiəçi Mett Dohertini tənqid edib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Konte, irlandiyalı futbolçuya görə xal itirmək istəmədiyini deyib:
“Doherti keçən mövsüm hər oyunda iştirak etdi. İndi onu meydana buraxmağı lazım bilmirəm. Mən axmaq deyiləm, xal itirmək istəmirəm”.
Doherti 2022/23 mövsümündə “Tottenhem”in heyətində bütün yarışlarda 3 oyun keçirib. O, bütün matçlarda meydana sonradan çıxıb.
30 yaşlı müdafiəçinin klubla müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin