Konte əmin deyil – Keynin “Tottenhem”də qalacağına
“Tottenhem”in baş məşqçisi Antonio Konte Harri Keynin klubdakı gələcəyinə əmin deyil.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis, karyerasını harda davam etdirməyin futbolçunun öz qərarı olduğunu bildirib:
“Şübhəsiz ki, “Tottenhem” Keyni karyerasının sonuna qədər saxlamaq istəyir. Amma futbolu bilirsiz, bəzən gözlənilməz nəsə olur. Qərar vermək mənim səlahiyyətimdə deyil. Bu, həm klubun, həm də Harrinin qərardır”.
29 yaşlı futbolçu ilə “Mançester Yunayted” və “Bayern” maraqlanır.
Keyn bu mövsüm “Tottenhem”in heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, 22 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin