Konte özündən çıxdı: “Bu xəbəri yazan jurnalisti məhkəməyə verəcəm”
“İnter”in baş məşqçisi Antonio Konte komandadan ayrılaraq, “Yuventus”u çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora”da Mauritsio Sarrini əvəzləyəcəyi deyilən 51 yaşlı mütəxəssis, bu iddiaları təkzib edib:
“Sarrinin vəzifəsindən göndərilməsi ilə bağlı olaraq “Yuventus” rəhbərliyi və futbolçularla əlaqə saxladığıma dair xəbərlər doğru deyil. Bu xəbəri yazan jurnalisti və məsuliyyət daşıyan redaktoru məhkəməyə verəcəm. “İnter”lə üç illik müqaviləyə qərar verdik və hər zaman olduğu kimi, bütün gücümlə çalışacam”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin