Konte “Napoli”yə gətirmək istəyir – “Barselona”nın futbolçusunu

“Napoli”nin yeni baş məşqçisi Antonio Konte komandanı gücləndirmək istəyir.

Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı “Barselona”dan müdafiəçi Kleman Lanqleni kluba gətirmək istəyir.

Konte İngiltərədə “Tottenhem”ə rəhbərlik edərkən bu futbolçu ilə artıq çalışıb.

Lanqle son illər əsasən icarəyə göndərilib və “Barselona” yenidən onunla yollarını ayırmağa hazırdır. Lakin 29 yaşlı fransalı futbolçunun yüksək maaş tələbi “Napoli”nin onunla müqavilə bağlamasına mane ola bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button