“Sevilya” “sükan”ı Konteyə tapşıra bilər
“Sevilya” baş məşqçi postu üçün Antonio Konteninin namizədliyini nəzərdən keçirir.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, İspaniya təmsilçisinin “sükanı arxasına” keçəcək baş məşqçilərin siyahısında Antonio Konte, Andre Villaş-Boaş, Andoni İraola, Xavi Qarsiya və Marselino Toral yer alıb.
Xose Luis Mendilibar oktyabrın 8-də “Sevilya”nın baş məşqçi postundan ayrılıb. Onun rəhbərlik etdiyi komanda bu mövsüm 2 qələbə qazanıb, 5 dəfə heç-heçə edib və 4 məğlubiyyətlə üzləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin