Konte PSJ ilə danışıq aparmayıb

PSJ “Tottenhem”in baş məşqçisi Antonio Konte ilə danışıqlar aparmayıb.

Komanda.az xəbər verir ki, bu barədə jurnalist Adrien Qrenye məlumat yayıb. Daha əvvəl xəbər verilmişdi ki, italiyalı mütəxəssis Paris klubunun rəhbərliyinə PSJ-də çalışmaqda maraqlı olduğu barədə məlumat verib.

52 yaşlı Konte ötən ilin noyabrında “Tottenhem”in başına keçib. Onun rəhbərliyi altında “Tottenhem” 33 oyunda 58 xal toplayaraq, Premyer Liqada 5-ci pillədə qərarlaşıb.

Konte daha əvvəl “Çelsi”, “İnter”, “Yuventus” kimi klublarda çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button