“Bəzi çatışmazlıqları aradan qaldırmaq lazımdır” – Konte

“Napoli”nin baş məşqçisi Antonio Konte “Palermo” ilə kubok matçında qazandıqları qələbə (5:0) haqda fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı komandanın bu görüşə mükəmməl yanaşdığını bildirib:

“Komanda bu görüşə mükəmməl yanaşdı. Oyunçularımın hərəkətlərindəki qətiyyət və diqqətliliyi bəyəndim. Ancaq daha da güclü olmaq üçün hər zaman üzərində işləməli olan bir şey var. Bəzi çatışmazlıqları aradan qaldırmaq lazımdır”.

“Napoli” İtaliya çempionatında 5 turdan sonra 10 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button