Konte Osimhenlə bağlı qərar verib
“Napoli”nin hücumçusu Viktor Osimhen yay transfer pəncərəsində komandasanı dəyişə bilər.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, komandanın yeni baş məşqçisi Antonio Konte futbolçunu satmaq qərarına gəlib. Nigeriyalı hücumçunun bazar dəyəri 120 milyon avro qiymətləndirilir.
“Arsenal”ın Osimhenlə maraqlandığı barədə xəbərlər yayılmışdı. Futbolçunun Səudiyyə Ərəbistanı çempionatına da keçmək variantı var.
Osimhen ötən mövsüm “Napoli”nin heyətində 32 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin