Konte “Napoli”yə keçəcəyi haqda yayılan xəbərlərdən danışdı

“Tottenhem”in sabiq baş məşqçisi Antonio Konte “Napoli”yə təyinatı ilə bağlı yayılan şayiələrdən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis yaxın vaxtlarda işə qayıtmağı planlaşdırmadığını söyləyib:

“Məni vacib klublara çağıran davamlı səslər eşidirəm. Lakin təkrar edirəm ki, hazırda olduğum yerdə qalmaqdan və ailəmlə vaxt keçirməkdən həzz alıram”.

Konte “Napoli”nin hazırkı baş məşqçisi Rudi Qarsiyanı əvəz etməyə əsas namizəd hesab olunur. Məşqçi ilə danışıqlar aparmazdan əvvəl müzakirə edilməli olan bir çox vacib məqamlar olduğu üçün yekun qərar hələ verilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button