Dəqiqləşdi: Konte “Napoli”ni tərk edir

“Napoli”nin prezidenti Аurelio De Laurentis Antonio Kontenin çempionluq mövsümünə baxmayaraq, klubda qalmayacağını açıq şəkildə bəyan edib.

İtaliyalı baş məşqçi mayın 24-də komanda ilə birlikdə ölkə çempionluğunu qazansa da, görünür, yaxın zamanda postunu tərk edəcək.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, klub rəhbərinin sözləri bu ayrılığı demək olar ki, rəsmiləşdirib:

“Konteyə gələcək karyerasında uğurlar arzulayıram. O, bütün bunları gündəlik əziyyətli işi ilə qazandı. Təşəkkürlər sənə, Antonio!”

Antonio Konte bu vəzifəyə ötən ilin yayında təyin olunmuşdu. Məlumata görə, “Napoli”dən ayrıldıqdan sonra mütəxəssisin əvvəllər çalışdığı “Yuventus”la müqavilə imzalayacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button