“Napoli”nin prezidentindən Konte ilə bağlı açıqlama
“Napoli”nin prezidenti Aurelio De Laurentis italiyalı mütəxəssis Antonio Kontenin komandanın baş məşqçisi postuna mümkün təyinatı barədə danışıb.
Komanda.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, o, danışıqların davam etdiyini bildirib:
“Növbəti on gün danışıqlarda həlledici olacaq. Biz lazım olan hər şeyi etməliyik”.
Daha əvvəl mətbuatda Kontenin İtaliya klubu ilə 3 illik müqavilə bağlaya biləcəyi ilə bağlı xəbərlər yayılıb.
“Napoli” son mövsümdə İtaliya çempionatında uğursuz çıxış edib və 53 xal toplayaraq A Seriyasının turnir cədvəlində 10-cu yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin