Konte istədi, “İnter” 30 milyon avro təklif etdi
İtaliyanın “İnter” klubu “Ayntraxt”ın (Frankfurt) futbolçusunu heyətinə qatmaq üçün hərəkətə keçib.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “neradzurra”, Frankfurt təmsilçisinin xorvatiyalı forvardı Ante Rebiçi heyətinə qatmaq niyyətindədir. “İnter”in baş məşqçisi Antonio Kontenin israrla istədiyi futbolçu üçün ilk təklif də göndərilib. İtaliya klubunun 25 yaşlı futbolçu üçün “Ayntraxt”a 30 milyon avro təklif etdiyi, amma Frankfurt təmsilçisinin bu təklifdən imtina edərək, 40 milyon avro istədiyi bildirilir.
2018-ci ildən “Ayntraxt”ın şərəfini qoruyan Rebiç, son mövsümdə iştirak etdiyi 38 oyunda 10 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin