“Napoli”nin baş məşqçisi “İnter”lə qürur duyur

“İnter” UEFA Çempionlar Liqasının ilk yarımfinal oyununda “Barselona”ya qarşı əzmkar mübarizə aparıb (3:3).

Komanda.az “Fcinter1908.it”-ə istinadən xəbər verir ki, italiyalı jurnalistlər Antonio Kontedən “İnter”in çıxışı ilə bağlı fikirlərini soruşublar. A Seriyasının çempionluğu uğrunda milanlılarla mübarizə aparan “Napoli”nin çalışdırıcısı rəqibini tərifləyib:

“İnter” qitənin ən nüfuzlu futbol turnirində bütün İtaliyanı təmsil edir. Bir italiyalı olaraq klubun bu qədər yaxşı çıxış etdiyi üçün sevinc və qürur hissi keçirirəm. Bu, A Seriyasının yüksək səviyyəsindən danışır və bu baxımdan mən şadam ki, “Napoli” turnir cədvəlinə başçılıq edir. Bu da klubumuzun yüksək səviyyəsindən xəbər verir”.

“Napoli” hazırda İtaliya çempionatında “İnter”i 3 xal qabaqlayaraq, turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button