
“Sağlam at, axsaqdan yaxşıdır” – “Qarabağ”ın rəqibinin baş məşqçisi
“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən olan “Napoli”nin baş məşqçisi Antonio Konte, hücumçu Rasmus Hoylundla haqda sualı cavablandırarkən atla bağlı məsəli xatırladıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı məşqçi bunu deyib:
“Biz onların oynamalarını istəyirdik. Maktominey də cümə axşamı günü zədələndi və onun topuğundan altı tikiş atılmalıdır. Bu, xoşagəlməz haldır. Dünən onu hazırlamağa çalışdıq, lakin o, risk etməməyi seçdi. Mən heç kimi məcbur edə bilmərəm.
Hoylund milli komandadan çox yorğun gəldi. Əvvəllər o qədər də oynamamışdı, amma sonra bizim və Danimarka millisi üçün dayanmadan oynamağa başladı. Onun bədəninin müəyyən hissəsində bir az dartılma var idi. Üç gündən bir oynayırsansa, kiçik bir problem belə, ciddiləşir.
Alternativlər olanda riskə getməyin mənası yox idi. “Sağlam at, axsaqdan yaxşıdır” deyirlər”.
“Napoli” A Seriyasının 7-ci turunda “Torino”ya 0:1 hesabı ilə uduzub. “Mançester Yunayted”dən icarəyə götürülən və “Napoli”də bu mövsüm 6 oyunda 4 qol vuran danimarkalı forvard Hoylund bu matçda oynamayıb. Yarımmüdafiəçi Skott Maktominey də oynaya bilməyib.
Bizi Facebook-da izləyin



