
“Konte “Napoli”ni fəlakətin astanasında qəbul etdi”
“Napoli”nin prezidenti Аurelio De Laurentis baş məşqçi Antonio Konteyə təşəkkürünü bildirib.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, klub rəhbəri 55 yaşlı mütəxəssisin Neapol təmsilçisinin son uğurlarına verdiyi töhfəni yüksək qiymətləndirib və onun peşəkarlığını vurğulayıb:
“Bu insana sarılmaq istəyirəm, çünki o, komandanı demək olar ki, fəlakətin astanasında qəbul etdi və birgə səylərlə onu gücləndirdik. Konte bir müddət Xviça Kvaratsxeliya kimi aparıcı oyunçu olmadan işləməli oldu. O sübut etdi ki, futbolda əsas olan taktiki sxemlər deyil, oyunun mahiyyətini dərindən başa düşməkdir”.
Antonio Konte 2024-cü ilin yayında “Napoli”nin baş məşqçisi təyin olunub və ilk mövsümündə komandaya İtaliya çempionluğunu qazandırıb. O, yaxın zamanda klubdan ayrıla və onun yerinə Massimiliano Alleqri gətirilə bilər.
Bizi Facebook-da izləyin



