Konte: “Çətin oyun oldu”
“Napoli”nin baş məşqçisi Antonio Konte İtaliya çempionatında “Empoli” üzərində minimal hesablı qələbədən (1:0) danışıb.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı çətin oyun olduğunu bildirib:
“Bu matçda bütün diqqətimizi qələbəyə yönəltmişdik. Güclü rəqiblə qarşılaşdıq. Çətin oyun oldu”.
Matçdakı yeganə qolu gürcü yarımmüdafiəçi Xviça Kvaratsxeliya penaltidən vurub.
“Napoli” İtaliya çempionatının 8 turundan sonra 19 xal toplayıb və turnir cədvəlinə başçılıq edir. Kontenin yetirmələri 2-ci yerdə qərarlaşan “İnter”i 2 xal qabaqlayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin