“Konseysao yeni enerji və güc gətirdi”

“Milan”ın baş məçqçi postunda portuqaliyalı mütəxəssis Paulo Fonsekanın yerini tutan həmyerlisi Serjio Konseysao dərhal ilk kubokunu qazanmağı bacarıb.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, İtaliya superkubokunun final oyununda “Milan”ın qollarınədan birinin müəllifi Kristian Pulişiç yeni məşqçinin gəlişindən sonra komandada nələrin dəyişməsi ilə bağlı fikirlərini bölüşüb:

“Son günlər çox çalışdıq. Konseysao yeni enerji və güc gətirdi. Siz isə meydanda nəyin dəyişdiyini gördüz”.

“Milan” “İnter”lə final matçında hesabda 0:2 geri düşməsinə baxmayaraq, əzmkar mübarizə nümayiş etdirib və sonda 3:2 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button