Konseysao “Milan”ı tərk edəcək

“Milan”ın baş məşqçisi Serjio Konseysao mövsümün sonunda klubu tərk edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin “Çelsi”dən icarəyə götürülən həmyerlisi, yarımmüdafiəçi Joao Felikslə də yollar ayrılacaq.

50 yaşlı Konseysao komandanı 2024-cü ilin dekabrında qəbul edib. “Milan” onun rəhbərliyi altında bütün turnirlərdə 24 oyun keçirib, 11 qələbə qazanıb, 5 heç-heçə edib, 8 matçda isə məğlub olub.

“Milan” İtaliya A Seriyasının turnir cədvəlində 33 oyundan sonra 51 xalla 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button