ÇL: “Daha bir qələbə qazanıb 1/4 finala yüksəlmək istəyirik”
“Portu”nun baş məşqçisi Serjio Konseysao Çempionlar Liqasının 1/8 finalında “Arsenal”la cavab oyunundan gözləntilərindən danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis daha bir qələbə qazanıb 1/4 finala yüksəlmək istədiklərini bildirib:
“Biz Londona gəlmişik və “Arsenal”la qarşılaşmağa hazırıq. Daha bir qələbə qazanıb 1/4 finala yüksəlmək istəyirik”.
“Portu” ilk oyunda doğma meydanda “Arsenal”a 1:0 hesabı ilə qalib gəlib. Cavab oyunu bu gün Londondakı “Emireyts” stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin