
Konseysao: “İstefa vermək fikrində deyiləm”
“Milan”ın baş məşqçisi Serjio Konseysao A Seriyasının 27-ci turunun matçında “Latsio”ya məğlubiyyəti (1:2) şərh edib.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis istefa haqda düşünmədiyini deyib:
“İlk dəfədir ki, belə atmosferdə oyuna çıxırıq. Belə olur ki, komandanız topa nəzarət edə bilmir və ya dəqiq ötürmə edə bilmir. Amma belə vəziyyətdə də komanda xarakter nümayiş etdirdi. On nəfərlə oyunu bərabərləşdirdik və hətta qələbə qazana bilərdik. Sonra o penalti…
İndi bu vəziyyətdən yeganə çıxış yolu, çalışıb müdafiə etdiyimiz rənglər uğrunda mübarizə aparmaqdır. Oyunçular məşqdə müsbət siqnallar verirlər. Onlar çox yaxşı irəliləyirlər, amma başa düşmək lazımdır ki, belə çətin vəziyyətdə meydana çıxanda nəyisə idarə etmək çox çətindir. Biz bunun üzərində işləyirik. Komandada texniki cəhətdən güclü futbolçuların olduğuna inanıram.
Mən istefa verməyi düşünürəm? Məni maraqlandıran matçdan sonra futbolçuların məyusluğunu görməyimdir. Daha çox işləməyə hazıram. Ona görə də, istefa vermək fikrində deyiləm. Xüsusilə də, futbolçuların tam dəstəyinə malik olduğum üçün”.
“Milan” İtaliya A Seriyasının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin