Feliks: “Konseysao “Milan”da da uğur qazanacaq”

Müqaviləsi “Çelsi”yə məxsus olan Portuqaliya millisinin və “Milan”ın hücumçusu Joao Feliks hazırda çıxış etdiyi komandanın baş məşqçisi Serjio Konseysao haqda danışıb.

Komanda.az “Milan News”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, Konseysaonun burada da uğur qazanacağını bildirib:

“Konseysao məndə hansı təəssürat yaratdı? Mən onun necə olduğunu bilirəm. Futbolu, oyunları, qələbələri sevir. O, bütün bunları oyunçularına ötürür. O, olduğu hər yerdə uğur qazanıb və burada da qazanacaq”.

Konseysao 2024-cü il dekabrın 30-da “Milan”ın başına keçib. Onun burada ilk uğuru İtaliya superkubokunu qazanmaq olub. O, bunu 1930-cu ildən bəri klub tarixindəki bütün məşqçilərdən daha tez bacarıb. Bunu etmək üçün ona iki matç lazım olub.

Portuqaliyalı çalışdırıcı daha əvvəl “Portu”ya rəhbərlik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button