Fabreqasın adı İtaliya nəhənginin siyahısındadır

“Milan”ın baş məşqçisi Serjio Konseysaonu əvəz edəcək mütəxəssis haqqında danışılır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı mövsümün sonunda qovulacaq.

Bundan sonra yeni baş məşqçi ilə yeni dönəm başlayacaq. Son günlər Massimiliano Alleqri dəfələrlə xatırlansa da, Milanda mümkün təyinatla bağlı adı hallanan başqa məşqçi də var. Bu, yaxın keçmişdə məşhur olan ispaniyalı sabiq yarımmüdafiəçi və “Komo”nun hazırkı çalışdırıcısı Sesk Fabreqasdır.

Klub rəhbərliyinin növbəti mövsümə diqqət yetirərək tərtib etdiyi siyahıya Roberto de Zerbi, Mauritsio Sarri, Can Pyero Qasperini və Vinçenzo İtaliano kimi adlar da daxildir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button